Abşeron rayonunda iki avtomobil toqquşub, yanğın olub.

Bu barədə İqtisadiyyat.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, Novxanı kəndində “Mercedes” və “Kia” markalı iki minik avtomobili toqquşub.

Nəticədə hər iki minik avtomobilinin yanar hissələri yanıb.

Yaxınlıqdan keçən qaz xətti və ətraf ərazilər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.