Abşeron rayonunda bədbəxt hadisə baş verib.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, hadisə Saray qəsəbəsində qeydə alınıb.

Belə ki, 1983-cü il təvəllüdlü Baba Sabir oğlu Fətəliyev küçədə hərəkət edərkən müvazinətini itirib və qəfildən yerə yıxılıb.

Bu zaman onun başı daşa dəyib və ağır xəsarət alıb.

Yaralı dərhal xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.