"Birləşmiş Ştatlar İordan çayının qərb sahilində zorakılıq törədən onlarla şəxsə qarşı sanksiya tətbiq edəcək, İsrail və Fələstin ekstremistlərini pisləyəcək". 

İqtisadiyyat.az xəbər verir ki, bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller deyib.

"Biz bu tədbirlərin onlarla insana və bəlkə də onların ailə üzvlərinə təsir edəcəyini gözləyirik", - Miller qeyd edib. 

Rəsmi əlavə edib ki, yaxın günlərdə bir sıra digər şəxslərə qarşı da məhdudiyyətlər tətbiq olunacaq: "Bu addım bu gün baş verir və yaxın günlərdə daha da çox olacaq".