Bayden adminstrasiyası kaset sursatlarının Ukraynaya tədarükünü nəzərdən keçirir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə CNN xəbər yayıb.

Xəbərə görə, Ukrayna rəsmiləri ABŞ-dan kaset sursatları verməsini istəyib. Ağ Ev-in bu tələbi bir neçə aydır nəzərdən keçirdiyi və qəti şəkildə rədd etmədiyi məlum olub. Ehtimal olunur ki, qərb anbarlarında sursat ehtiyatları tükəndikdə kaset sursatları tədarük edilə bilər.

Nəşr qeyd edir ki, Ukrayna üçün kasetli sursatlar iki əsas problemi həll edə bilər: 
1) Ukraynanın artilleriya və raket sistemi üçün sursat ehtiyacını qarşılaya bilər.
2) Rusiyanın artilleriya sahəsində say üstünlüyünün qarşısını ala bilər. 

Əslində Konqresin bu sursatın tədarükünə qoyduğu qadağa səbəbindən Ağ Evdə bu məsələyə ciddi diqqət ayrılmayıb. Prezident Bayden bu məhdudiyyəti aradan götürə bilər, lakin adminstrasiya hələ ki, rəsmi Kiyevə müsbət cavab verməyib.