ABŞ Dövlət Departamenti Tayvana 428 milyon dollar dəyərində hərbi satışa icazə verib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi iki ayrı hərbi satışın təsdiqləndiyini açıqlayıb.

Satış ilə bağlı Agentlikdən ABŞ Konqresinə bildiriş göndərilib.

Bildirişdə, silah sistemlərinin ehtiyat hissələri və "F-16" və "C-130" təyyarə parkının 330 və 98 milyon dollar dəyərində Tayvana hərbi satışının təsdiqləndiyi bildirilib.

Məhəbbət Məmmədov