ABŞ Ukraynaya dəstəyini dayandırarsa bu, Kiyev üçün dəhşətli nəticələrə səbəb olacaq.

İqtisadiyyat.az xəbər verir ki, bu qiymətləndirməni "The Washington Post"un köşə yazarı Maks Boot edib.

Onun sözlərinə görə, Ukraynaya dəstəyi dayandırmaq ABŞ-nin 2003-cü ildən bəri ən böyük xarici siyasət səhvi olacaq.  Köşə yazarı hesab edir ki, Konqres tədbir görməsə, bunun nəticələri Ukrayna tərəfi və dünya üçün dəhşətli olacaq.

Belə ki, ABŞ-nin Ukrayna üçün vəsaiti tükənib və Konqres İsrail ilə Ukraynaya dəstək üçün maliyyə ayrılmasına dair sazişlər hazırlamalıdır.

 

Gözəl Həşimova