ABŞ səfirliyi Azərbaycan diplomatlarının peşə bayramı münasibətilə sosial şəbəkə hesablarında paylaşım edib.

"Report" xəbər verir ki, səfirlik bu barədə "X"də paylaşım edib.

"Xarici İşlər Nazirliyindən olan həmkarlarımızı peşə bayramları münasibətilə təbrik edir və xoş arzularımızı çatdırırıq. Biz ABŞ-Azərbaycan əlaqələrini gücləndirmək üçün birgə işləməyi səbirsizliklə gözləyirik", - paylaşımda deyilir.