ABŞ Qəzza zolağına daha bir humanitar yardım partiyasını hava yolu ilə çatdırmaq üçün əməliyyat həyata keçirib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı "X" səhifəsində məlumat yayıb.

Məlumata görə, ABŞ Mərkəzi Komandanlığı davam edən münaqişədən zərər çəkmiş mülki şəxslərə kritik dəstək göstərmək üçün aprelin 2-də Qəzza zolağının şimalına humanitar yardım aparıb. Belə ki, təyyarələr 50 mindən çox qida maddəsini Qəzzada yerə atıblar.

 

Gözəl Həşimova