"Vaşinqton yanvara planlaşdırılan Tayvan administrasiyasının başçısı seçkilərinin nəticələrinə təsir göstərmək niyyətində deyil". 

İqtisadiyyat.az xəbər verir ki, bunu ABŞ-nin Çindəki səfiri Nikolas Börns Brukinq İnstitutunun ABŞ-Çin münasibətlərinə dair təşkil etdiyi seminarda çıxışı zamanı deyib.

"Yanvarın 13-də Tayvanda keçiriləcək seçkiləri səbirsizliklə gözlədiyimiz üçün bu seçkilərin qorxu, məcburiyyət və müdaxilədən azad olacağına tam ümid edirik. ABŞ bu seçkilərdə iştirak etmir və etməyəcək", - diplomat qeyd edib.

Börnsə görə, ABŞ-nin Tayvana qarşı siyasəti dəyişməyib.

"Tayvanla bağlı mürəkkəb məsələ kontekstində ümidimiz ondan ibarətdir ki, Tayvan boğazı ətrafındakı fikir ayrılıqları sülh yolu ilə həll olunacaq. Amerika siyasətini buna yönəldib", - deyə ABŞ-nin Çindəki səfiri status-kvonun saxlanmasının vacibliyini vurğulayıb.