ABŞ-nin Yaxın Şərqdəki bazasına hücumdan sonra 8 amerikalı hərbçi müalicə üçün İordaniyadan təxliyə edilib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.

Məlumata görə, hərbçilərin əksəriyyəti kəllə-beyin travması alıb və köməyə ehtiyyacı ola biləcək hərbi qulluqçuların sayı arta bilər.

Xatırladaq ki, bir neçə gün əvvəl pilotsuz uçuş aparatı İordaniyanın şimal-şərqindəki ABŞ hərbi bazasına zərbə endirib. Hadisə nəticəsində 3 amerikalı əsgər ölüb, 30-a yaxın əsgər isə yaralanıb.

 

Əli Ağayev