ABŞ İsrailə 18 milyard dollar dəyərində 50 ədəd "F-15" döyüş təyyarəsi satmağa hazırlaşır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "CNN" kanalı məlumat yayıb .

Məlumata görə, Bayden administrasiyasının İsrailə yeni silah satışına yaxın olduğu qeyd edilib.

İsrailin ilk dəfə 2023-cü ilin yanvarında almaq üçün müraciət etdiyi döyüş təyyarələri ilə bağlı Bayden rəhbərliyi ilə Konqres arasında çoxlu görüşlərin keçirildiyi və qeyri-rəsmi prosesin tamamlandığı bildirilib.

 

Gözəl Həşimova