Ötən həftənin yekunlarına görə, ABŞ-da neftin kommersiya ehtiyatları 5 894 min barel azalaraq, 418 234 min barel təşkil edib.

İqtisadiyyatın.az-ın məlumatına görə, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) dərc etdiyi hesabatda bildirilir.

Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-ın kommersiya neft ehtiyatlarının 1 657 min barel azalacağını proqnozlaşdırırdı.

Qeyd edək ki, ABŞ-da neftin kommersiya ehtiyatları ardıcıl dörd həftə azalmadan sonra artıb.

ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.