ABŞ-də ötən ay işsizlik səviyyəsi 3,8%-dən 3,9%-ə yüksəlib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABŞ Əmək Nazirliyi oktyabr ayı məşğulluq hesabatını açıqlayıb.

Məlumata görə, oktyabrda ölkədə işsizlərin sayı 146 min nəfər artaraq 6 milyon 506 min nəfərə çatıb.

Hesabat dövründə ölkədə kənd təsərrüfatı xaricində məşğulluq 150 min nəfər artıb. Oktyabr ayında səhiyyə, dövlət və sosial dəstək sektorlarında məşğulluq artarkən, tətillər səbəbindən istehsal sektorunda azalıb.

 

Gözəl Həşimova