ABŞ prezidenti Co Bayden CHIPS və Elm Aktını imzaladıqdan sonra bir il ərzində şirkətlər yarımkeçirici istehsalının yenidən ABŞ-yə qaytarılması üçün 166 milyard dollardan çox investisiya yatırdıqlarını açıqlayıblar.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Bayden CHIPS və Elm Aktının birinci ildönümü ilə bağlı verdiyi açıqlamada bildirib. 

Bayden qeyd edib ki, sözügedən qanunu ABŞ-nin yarımkeçiricilər sahəsində liderliyini canlandırmaq, ölkənin təchizat zəncirlərini gücləndirmək, milli təhlükəsizliyini qorumaq və rəqabət qabiliyyətini artırmaq üçün imzalayıb.

O, ABŞ-nin dünyadakı bütün çiplərin 40 faizini istehsal etdiyini, lakin zamanla bu nisbətin yüzdə 10-dan bir qədər aşağı düşdüyünü söyləyib.

Bu vəziyyətin ölkə iqtisadiyyatını qlobal tədarük zəncirinin pozulmasına qarşı həssas etdiyini vurğulayan Bayden, CHIPS və Elm Qanununun bu reallığı dəyişdirməyi hədəflədiyini vurğulayıb.

Qanunu imzaladıqdan sonra şirkətlərin yarımkeçirici istehsalını ABŞ-yə qaytarmaq üçün 166 milyard dollardan çox sərmayə yatırdıqlarını bildirən Bayden, bu investisiyaların Ohayodan Arizona, Texas və Nyu-Yorka qədər ölkə daxilində iş və digər yeni imkanlar yaratdığını ifadə edib.