ABŞ materik Çin və Honq Konqdan olan 5 şirkətə sanksiya tətbiq edib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin sənədində deyilir.

Çindəki şirkətlərə Beijing Jiahehengde Technology Company Limited, Beijing Shangyixianda Technology Company Limited və China Taly Aviation Technologies Corp daxildir. Honq Konqda daha iki şirkət - Bestop Globle Mfg Limited və Neway Technologies Limited də sanksiya siyahısına əlavə olunub.