“Long” pozisiya üzrə bizim növbəti hədəfimiz İnvesco investisiya şirkətidir. Şirkət stabil mənfəətə və yaxşı maliyyə göstəricilərinə malikdir, yüksək dividend ödəyicisidir. Uzun bir düşmədən sonra, şirkətin səhmləri 2019-cu ilin əvvəlindən artmağa başlamışdır və çox güman ki, 22-23 dollar səviyyəsinə çatmağa səy göstərəcək. Biz təxminən 18 dollar səviyyəsində “stop” etmək və 22-23 dollar səviyyəsində mənfəət götürməklə kağızı satın almağa çalışacağıq. Fins.az xəbər verir ki, bu təklifi ölkənin səhmbazarında yetərincə tanınmış AzFinanace İnvestisiya Şirkətinin treyderləri tövsiyyə edir. 

Belə ki, AzFinance şirkətinin təhlilçiləri tərəfindən hazırlanan növbəti ticarət proqnozu və nümunə portfelinə görə,  yenilənmiş vəziyyətini diqqətinizə çatdırırıq.

IVZ [NYSE]
Invesco Ltd.

Gözlənilən gəlirlilik: 21%
Mümkün risk: 6%

Kapitallaşma: 7,75 mlrd dollar (19.05 dollar bir səhm üzrə)
Xalis mənfəət: 882,8 mln dollar
İşçilərin sayı: 7 459 nəfər