Gələn il 350-400 fermerə pulsuz bank kartları veriləcək.

"Finans.az" xəbər verir ki, bunu Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) 2019-cu ilin yekunu ilə bağlı mətbuat konfransında AKİA sədri Mirzə Əliyev deyib. M. Əliyev bildirib ki, Fermer kartı 3 il müddətinə dövlet vəsaiti hesabına verilir.

Qeyd edək ki, kart vasitəsilə hər bir fermerə identifikasiya kodu veriləcək, alqı-satqı prosesinin qeydiyyatı aparılacaq. Bunun da nəticəsində fermerlərlə əməkdaşlıqda şəffaflıq təmin olunacaq. Kartdan istifadə fermerlərə ödəniləcək vəsaitin dərhal onlara çatmasına imkan verəcək, eyni zamanda bölgələrdə nağdsız ödənişləri stimullaşdıracaq.