2028-ci ilə qədər qlobal bərpa olunan enerji potensialında proqnozlaşdırılan 3700 giqavatlıq artımın 56%-i Çin, 12%-i Avropa İttifaqı, 9%-i ABŞ, 5%-i Hindistan və 3%-i Braziliya tərəfindən təmin ediləcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) "Bərpa olunan 2024-cü il" hesabatında deyilir.

Məlumata görə, 2028-ci ilə qədər bərpa olunan enerjidə gözlənilən artımın 85%-i Çin, ABŞ, Hindistan, Braziliya və Avropa İttifaqı daxil olmaqla, dünyanın 200-dən çox ölkəsindən yalnız 31-də cəmləşəcək.

Bildirilib ki, qlobal bərpa olunan enerji tutumu 2028-ci ilə qədər 3700 giqavat artaraq 7300 giqavata çatacaq. Bu artımın 73%-i təkcə günəş enerjisindən əldə ediləcək.Günəş və külək enerjisi birlikdə 2028-ci ilə qədər proqnozlaşdırılan artımın 95%-ni təşkil edəcək.

Bu dövrdə dünya elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin payı isə 29%-dən 42%-ə yüksələcək.

 

Gözəl Həşimova