İqtisadiyyat.Az xəbər verir ki, 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilib. Hadisənin tarixi isə bir qədər də əvvələ gedir. Beynəlxalq Ana Dili Günü 1952-ci il fevralın 21-də Banqladeşin Benqal şəhərində öz ana dilinin rəsmi dil olması uğrunda mübarizə aparan 4 tələbənin öldürülməsi hadisəsini bir daha insanların xatirəsində canlandırır. Bu gün dünyada yaşayan minlərlə millət və etnik qrup sayı heç iki yüzə çatmayan dövlətlərin bayrağı altında cəmləşib və sayı 200-ə yaxın olan bu dövlətlərin rəsmi dövlət dillərinin sayı 70-i keçmir. Azərbaycan müstəqillik qazandıqdan sonra 1995-ci ildə qəbul edilən Konstitusiya ilə dövlət dilinin adı bərpa olunub. Bundan sonra hökumət səviyyəsində ana dilinin inkişafı və qorunması istiqamətində əhəmiyyətli sənədlər qəbul edilib.

Qeyd edək ki, “Beynəxalq Ana Dili Günü” münasibətilə Mənəvi Dəyərlərin Təbliği Fondu  “Dilim varsa, mən varam” mövzusunda videoçarx hazırlayıb. Videoçarxı fondun sifarişi ilə "AdMedia" reklam agentliyi çəkib.