Azərbaycan Marketinq Kommunikasiyaları Assosasiyası tərəfindən “Azərəbaycanda Digital Reklam: gözləntilər və reallıqlar” adlı konfrans keçirilib. “Holdiay İnn” –də baş tutan konfrans assosiasiyanın “Baş-a-baş” seriyasından sayca ikincisi olub. “New Media” şirkətinin rəhbəri Rasim Davudov medialar üzrə reklam xərcləri, adam başına düşən reklam xərcimiz və qonşu ölkələrlə müqayisə, yerli saytların yanvar ayı üzrə statistikası barədə İqtisadiyyat.Az-a danışıb:

rasim.jpg

Azərbaycanda adambaşına düşən reklam xərci 3.6 dollar, Gürcüstan 7.5 dollar, Türkiyə 30 dollar, Rusiya 50 dollar, dünya üzrə ortalama isə 80 dollar təşkil edir. Biz regionda ən aşağı göstəriciyə sahibik. Ölkədə internet reklam 6 milyon təşkil edir ki, bunun 45%-i yəni 2.5 milyonu saytlara, 55%-i 3.5 milyonu isə “Google” və “Facebook”-a gedir. 2018-ci ildə Rusiyada internet reklamı televiziya reklamlarını ötüb. Avropa və Amerikada isə bu daha əvvəl baş verib. Azərbaycanda təəssüf ki, internet rerklamı küçə reklamı ilə eynidir. İllik olaraq toplam 35 milyon dollar reklam büdcəsi müəyyən edirik. Onun 20 milyonu televiziyalar arasında bölüşür. Küçə reklamı 6 milyon, digital reklam 6 milyon, radio 4 milyon, çap mətbuatı üzrə isə 500 min dollar təşkil edir. Göründüyü kimi küçə reklamı ilə internet reklamının büdcəsi eynidir.

sab.jpg

Konfransın təsisçilərindən olan “ADMEDİA” şirkətinin rəhbəri Sabit Məmmədov konfransda aparılan müzakirələrdən bəhs edərək bildirib ki, saytlarımızda keyfiyyət o qədər ürəkaçan deyil. Ona görə də yerli müştərilər beynəlxalq reklam daşıyıcılarına daha çox üz tuturlar. Səbəbi isə saytlarımıza inamın az olmasıdır. Təbii ki, bu da saytların reklam imkanlarını azaldır. Konfransda həmçinin ölçmə metodlarından da danışılıb.

“Bizdə yerli ölçü cihazın olmaması müxtəlif problemlər yaradır. Bu problemləri assosiasiyanın spikerləri qaldırır və reklam daşıyıcıları həll edir. Reklam daşıyıcıları da təbii ki, saytlardır. Burada da əsas məsuliyyət saytların üzərinə düşür.”

Marketinq Kommunikasiyaları Assosiasiyasının idarə heyətinin sədri Namiq Bayramov da ölkədə reklam bazarının lazımi səviyyədə olmadığından gileylənib.

namiq.jpg

“Azərbaycanda reklam bazarı lazımi səviyyədə deyil. Reklama investisiya qoyulmalıdır və optimallaşdırılmalıdır. Əksər şirkətlərimiz reklama investisiya yatırmaq düşüncəsindən uzaqdır. Bu problemin birinci tərəfidir. İkinci tərəf isə hər kəs sosial medianın və “Google”-nin üzərinə qaçır. Bununla da ölkədən gedən reklam investisiyaları əslində ölkədən çıxan xərclərə çevrilir. Bununla da birbaşa Amerikadakı şirkətlərin-“Google”-nin, “Facebook”-un büdcəsinə gedir.

esss.jpg

Tədbirdə bazarın həcmi ilə bağlı digər spiker, 'AA&M' şirkətinin rəhbəri Məmməd Şahməmmədov da məlumat verib. O, bildirib ki, hazırda ölkədə reklama xərc kimi baxılır və bu səbəbdən dolayı bazarın səviyyəsi bir çox ölkələrlə müqayisədə bizdə olduqca aşağıdır.

'Ayrı-ayrı şəxslərin məsələn, stomotoloqların, estetik-cərrahların və.s sosial şəbəkələrdə səhifələri var. Onlar bu vasitəsilə özlərini reklam edirlər. Ölçü cihazında isə bunlar ölçülmür. Bu da o nəticəyə gəlməyimizə imkan verir ki, deməli göstərilən rəqəmlər doğru deyil.”