Azərbaycan Respublikasının Mərkəzi Bankının 252 günlük notlarının yerləşdirilməsi üzrə hərrac keçirilibdir.

İqtisadiyyat.az xəbər verir ki iyulun 6-da Bakı Fond Birjasında Azərbaycan Mərkəzi Bankının AZ2112024701 dövlət qeydiyyat nömrəli 60 milyon manat həcmində 252 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Məlumata görə, hərracı zamanı 11 investor tərəfindən qiymət intervalı 9,346.4058 (9.99%) manat və 9,422.8504 (8.75%) manat olan 11 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 46,840,000 manat olub.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9,346.4058 (9.99%) manat, orta ölçülmüş qiyməti isə 9,398.6061 (9.14%) manat olaraq müəyyən edilib

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 46,840,000 manat təşkil edib. 

Notların ödəmə tarixi 14.03.2024-cü ildir.