Azərbaycan Mərkəzi Bankı (AMB) 13 fiziki şəxsə və 1 hüquqi şəxsə verdiyi sığorta agenti lisenziyalarının qüvvəsini 3 ay müddətinə dayandırıb.

Bu barədə İqtisadiyyat.az-a tənzimləyici qurumdan bildirilib.

Məlumata görə, bu qərar sentyabrın 4-də “Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq qəbul edilib. Lisenziyaların qüvvəsi müvafiq hesabatın təqdim edilməməsinə görə dayandırılıb.