10 min dollardan yuxarı götürülən kreditlərə güzəşt edilməsi nəzərdə tutulmayıb. İqtisadiyyat.Az-ın məlumatına görə, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib. E.Rüstəmov qeyd edib ki, əsas məqsəd əhalinin aztəminatlı təbəqələrinin problemli kreditlərinin həlli idi: 

"Hansı ki, bu barədə cənab Prezident qərar verdi. 10 min, 20 min, 50 min dollarlıq kredit artıq biznes kreidtləridir. Dövlətin bu yükü üzərinə götürmək öhdəliyi yoxdur".