"Facebook" 2018-ci ildə şirkət rəhbəri Mark Zukerberq və onun yaxınlarının təhlükəsizliyinin təmin edilməsinə 20 milyon dollara yaxın vəsait sərf edib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə CNBC telekanalı məlumat yayıb.

Bu barədə məlumat "Facebook" şirkətinin ABŞ-ın Qiymətli Kağızlar və Birjalar üzrə Federal Komissiyasına təqdim etdiyi sənəddə qeyd olunub.

Bildirilir ki, Zukerberq "Facebook"da fəaliyyətinə görə ilinə rəmzi olaraq 1 dollar alır, lakin şirkət, səlahiyyətlərini yerinə yetirən zaman onun xərclərini kompensasiya edir.