UEFA Konfrans Liqasında pley-off mərhələsinə yüksələn “Zirə” büdcəsini xeyli zənginləşdirib.

İqtisadiyyat.az İdmanxeber.az-a istinadən xəbər verir ki, Xorvatiyanın “Osiyek” klubunu küçən qəsəbə təmsilçisi UEFA-dan yaxşı pul mükafat alacaq. “Qartallar” pley-offa yüksəldiyi üçün təxminən 750 min avro (1,404 750 manat) qazanıb.

Bununla yanaşı, “Zirə” II təsnifat mərhələsində çıxış etdiyi üçün təxminən 350 min avro (655,550 manat), III təsnifat məhələsinə yüksəldiyi üçün isə daha 550 min avro (1,030,150 manat) qazanmışdı.

Komanda Avropla Liqası I turunda oynadığı üçün də 150 min avro mükafat almışdı. 

Hazırda Azərbaycanın Konfrans Liqasındakı yeganə təmsilçisi ümumilikdə cari mövsüm avrokubokdakı çıxışına görə təxminən 1 milyon 800 min avro (3 milyon 371 min 400 manat) büdcəsini zənginləşdirib