Beynəlxalq taksi aqreqatoru platforması kimi fəaliyyət göstərən "Bolt Services AZ" MMC gömrük qaydalarını pozub.

İqtisadiyyat.az xəbər verir ki, buna görə də Dövlət Gömrük Komitəsi onun barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən cərimə protokolu tərtib edib.

Daha sonra protokol baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib. Protokol hakim Bəxtiyar Məmmədovun sədrliyi ilə araşdırılacaq.

Protokol tərtib olunan maddədə deyilir ki, qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.