“Ludoqorets”də baş məşqçi Georgi Dermençiev istefaya göndərilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə “Qafqazinfo” Bolqarıstan mətbuatına istinadən məlumat yayıb.

Bildirilib ki, mütəxəssisin qovulma səbəbi “Qarabağ”a Çempionlar Liqasında 2:7 hesablı məğlubiyyətdir. Evdəki darmadağından sonra qitənin ən nüfuzlu klub turnirindən kənarda qalan klubun rəhbərliyi məşqçini yola salıb.

“Ludoqorets”ə müvəqqəti olaraq Zahari Sirakov rəhbərlik edəcək.

Qeyd edək ki, Georgi Dermençiev 2023-cü ildən “Ludoqorets”in baş məşqçisi idi.