Cari ilin yanvar-iyul aylarında Azərbaycan İtaliyaya 3 600 300,61 min ABŞ dolları dəyərində 5 671 605,25 ton neft ixrac edib. Bununla da İtaliya Azərbaycanın ümumi neft ixracında birinci yerdə qərarlaşıb.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsinin hesabatına istinadən verdiyi məlumata görə, Azərbaycanın ümumi neft ixracında ikinci yerdə İsrail qərarlaşıb. Hesabat dövründə bu ölkəyə 1 123 251,15 min dollar dəyərində 1 830 177,7 ton neft ixrac edilib.

Azərbaycanın neft ixracı üzrə siyahıda üçüncü yeri Çexiya tutur. Cari ilin yanvar-iyul aylarında bu ölkəyə 597 150,36 min dollar 941 737,86 ton neft ixrac edilib.

Məlumata əsasən, qeyd olunan göstəricilərdə hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan neftin dəyərinə dair məlumatlar nəzərə alınıb.

Siyahıdan göründüyü kimi, hesabat dövründə 22 ölkəyə 9 225 936,2 min dollarlıq 14 696 092,26 ton neft ixrac edilib.

Azərbaycanın cari ilin yanvar-iyul aylarında neft ixrac etdiyi ölkələrin siyahısını (statistik dəyəri və həcminə görə) təqdim edirik:

 

Ölkələr

Statistik

dəyər ($, min)

Miqdar (ton)

 

Cəmi

9 225 936.20

14 696 092.26

1.

İtaliya

3 600 300.61

5 671 605.25

2.

İsrail

1 123 251.15

1 830 177.70

3.

Çexiya

597 150.36

941 737.86

4.

Hindistan

568 773.53

894 129.59

5.

Xorvatiya

547 257.38

866 671.81

6.

Portuqaliya

404 303.28

640 089.12

7.

Böyük Britaniya

390 895.78

650 115.40

8.

Almaniya

348 302.49

530 165.50

9.

Rumıniya

269 181.65

433 832.59

10.

Tailand

234 238.66

376 876.12

11.

Tunis

163 897.06

256 640.09

12.

Türkiyə

147 739.53

265 401.01

13.

Yunanıstan

144 806.06

228 237.47

14.

İndoneziya

129 949.11

211 197.58

15.

Niderland

106 838.99

168 985.69

16.

Serbiya

98 354.90

158 383.41

17.

İspaniya

96 479.12

166 327.26

18.

Uruqvay

85 099.83

138 719.62

19.

Polşa

57 363.56

90 150.50

20.

Fransa

57 085.07

89 712.83

21.

İrlandiya

54 233.98

86 042.67

22.

Özbəkistan

434.09

893.20