May ayının 26-da Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədinin pozulması cəhdinin qarşısı alınmışdır.

İqtisadiyyat.az xəbər verir ki, DSX-dan verilən xəbərə görə, sərhəd-döyüş məntəqəsində xidmətdə olan hərbi qulluqçuların sayıqlığı nəticəsində təxribat-diversiya qrupunun hərəkəti vaxtında aşkarlanaraq zəruri tədbirlər görülmüş və nəticədə Ermənistan Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusu saxlanılmışdır.

Diversiya qrupunun digər üzvləri ərazinin mürəkkəb relyefə malik olmasından istifadə edərək geri qaçmışlar.

Əməliyyat şəraiti nəzarətdə saxlanılır.

20:40

Dövlət sərhədinin Zəngilan istiqamətində erməni diversantlardan ibarət dəstənin diversiya cəhdinin qarşısı alınıb.  

İqtisadiyyat.az xəbər verir ki, bu barədə “Caliber” məlumat yayıb.

Məlumata görə, Azərbaycan Silahlı Qüvvələrinin fəaliyyəti ilə düşmən qrupu zərərsizləşdirilib.  

İki diversant saxlanılıb.