Türkiyə və Suriyada zəlzələ nəticəsində ölənlərin sayı 2 dəfə arta bilər.

İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, bunu BMT-nin humanitar məsələlər üzrə müşaviri M. Qriffits deyib. Onun sözlərinə görə, hazırda vəziyyəti qiymətləndirmək çətindir, dağıntıları aradan qaldırmaq və daha sonra ölü sayını müəyyən etmək lazımdır:

"Əminəm ki, ölü sayı 2-3 dəfə arta bilər və bu faciədir".

Qeyd edək ki, hazırda zəlzələ nəticəsində ölənlərin sayı Türkiyədə 29 mini, Suriyada isə 8 mini keçib.