Məşhur video paylaşım platforması "Youtube" yeni funksiya istifadəyə verəcək.

"Finans.az" xarici KİV-ə istinadən xəbər verir ki, artıq platformadakı paylaşımların şərh bölməsinə gələn rəyləri axtarmaq və onları sıralamaq mümkün olacaq. Bu sistem üzərində bir müddətdir çalışan platforma yeni bloq yazısında şərhlərin filtrasiyası sisteminin detallarını açıqlayıb.

Belə ki, "Youtube"da paylaşım edən şəxslər onlara gələn rəyləri müxtəlif xüsusiyyətlərinə görə sıralaya biləcək. Bu xüsusiyyətlərə gələn rəyin sual xarakterli olub-olmaması, rəyi yazan şəxsin abunəçi sayı və ya həmin kanala abunə olub-olmaması və s. daxildir.