Rusiya Federasiyasının İnternetdə Müəllif Hüquqlarını Müdafiə Assosiasiyasının (İMHMA) baş direktoru Maksim Ryabıko “Youtube” və “Yandex Video” servislərinin piratçılıq qanununu pozduğuna görə Rusiyada bloklana biləcəyini bəyan edib.

"Finans.az" Rusiya mətbuatına istinadla xəbər verir ki, “Üç cismin məsələsi” kitabının qanunsuz audio versiyasının “Youtube” və “Yandex Video”-da yerləşdirilməsinə görə Moskva Şəhər Apelyasiya məhkəməsi “Eksmo” nəşriyyat evinin iddiasını dekabrda təmin edib.

2015-ci ildən Rusiya Federasiyasında qüvvədə olan qanuna görə, müəllif hüquqlarının sahibi internet resurslarında təkrar olaraq ona məxsus kontentin qeyri-qanuni nüsxəsini taparsa, onun həmişəlik bloklaşdırmasını tələb edə bilər.

Rusiyanın 15 nəşriyyat evinin təmsilçisi Maksim Ryabıko qeyd edib ki, “Youtube” və “Yandex Video” qanunsuz videoları silməyənə qədər onlar bloklandırma tələbindən imtina etməyəcəklər.