"Apple” şirkətinin yeni iPhonelarının qiymətləri məlum olub.

FED.az “Tom’s Guide”a istinadən xəbər verir ki, bunlardan 5,4 düyüm diaqonal ekranlı "iPhone 12" 649-749 ABŞ dollarından, 6,1 diaqonallı "iPhone 12 Max" 749-849, 6,7 diaqonallı "iPhone 12 Pro Max" 1 399 ABŞ dolları qiymətinə satışa çıxarılacaq.

Koronavirus üzündən təqdimat tarixləri dəqiq məlum olmayan adıçəkilən cihazlar OLED displeylə təchiz olunacaq və 5G texnologiyasını dəstəkləyəcək.