İqtisadiyyat.az xarici KİV-ə istinadən xəbər verir ki, yeni "iPhone" modellərində simsiz enerji doldurmanın mövcud olacağı ehtimal edilir. Belə ki, sözügedən texnologiya ilə "iPhone" vasitəsilə simsiz enerji doldurmaya malik olan cihazları şarj etmək mümkün olacaq. Bununla bərabər yeni "iPhone"larda simsiz sürətli şarj texnologiyası da ola bilər.

Yeniliklərdən biri də yeni "iPhone" modellərinin USB-C bağlantısına malik olacağı ilə bağlıdır.