Bəzi məsləklər texnologiyanın inkişafı ilə əlaqədar əriyib yox olarkən, bəziləri də bu inkişafa özlərini adaptasiya edə bilirlər. İqtisadiyyat.Az xarici mediaya istinadən gələcəkdə adını tez-tez eşidəcəyiniz bir neçə əmək fəaliyyətlərini oxucularına təqdim edir.

Aktuar ekspertizası: Akturar ekspertləri insanların yaşayışına təsir edəcək ölüm, xəstəlik, təqaüd, əlillik kimi hallar üçün və ey ni zamanda maddi varlığa təsir edən oğurluq, yanğın, sel və.s kimi təbii hadisələr üçün risk analizi edirlər. Yaşanan hadisələrin maliyyə ziyanını aradan qaldırmaq üçün təhlükəsiz tədbirləri görürlər.

Süni zəka ekspertləri: İnkişaf edən texnologiya ilə birgə robotların həyatımıza daxil olması artıq qaçılmazdır. Qarşıdakı 30 il ərzində bu sahədə olacaq yüksək inkişafı nəzərə alsaq, robot proqramları və modelləşdirmə üçün süni zəka ekspertlərinə ehtiyac olacaq.

Epidemioloq: Epidemiologiya tibb elmidir. Epidemioloq isə cəmiyyət arasında xəstəlik, sağlıq, qəza kimi araşdırmaları edən şəxsdir. Bu araşdırmanı edən şəxs, baş verən olayların hansı halda baş verdiyini, harada daha çox olduğunu və.s də araşdırır. Epidemioloqun vəzifəsi əldə etdiyi nəticələr əsasında hadisənin qarşısını nisbətən almaqdır. Ekspertlər epidemioloqların gələcək 10 il içərisində ən çox qazanan sahə olacağı barədə həmfikirdirlər.

Mobil proqram təminatı: Mobil proqram təminatçıları, mobil platformalar üçün proqramlar və oyunlar hazırlayır. Gündəlik iş həyatında insanların masaüstü platformadan daha çox mobil platformadan istifadə etməsi bu sahəyə olan tələbatı daha artırır.

Maliyyə meneceri: Bu məslək maliyyə və idarəçilik qabiliyyətlərini özündə birləşdirir. Hər hansı bir şirkətdə maliyyə meneceri işləyən şəxs, həmin şirkətin bütün maliyyə işlərini yerinə yetirir. Şirkətin pul və kredit kimi ehtiyaclarını idarə edir. Qarşıdakı illərdə bu sahənin inkişaf edəcəyini nəzərə alsaq, maliyyə meneceri də öndə gedən işlərdən biri olacaq.

Robot koordinasiya ofisi: Gələcəkdə həyatımızın böyük bir hissəsini ələ alacaq robotların, özü ilə birgə yeni məsləklər də gətirəcəyi görünür. Robot koordinasiya ofislərinin vəzifəsi, robotları təmir etmək, dövrün inkişafına uyğun daha da müasirləşdirmək olacaq.

İnformasiya təhlükəsizliyi mütəxəssisləri: Texnologiyanın inkişafı ilə virtual dünyadakı aktivlikdən əlavə, virtual dünyaya kiber hücumlar da təşkil olunur. Bu cür vəziyyəti görən informasiya təhlükəsizliyi mütəxəssisləri ən vacib məlumatları çeşidləyərək gizləyəcəklər, yaxud siləcəklər.

Robot mühəndisliyi: Robot mühəndisləri ucuz, daha sürətli və texnologiyaya ayaqlaşan robotlar hazırladığı kimi, robotların təmir işlərini də unutmaq olmaz. Bu səbəblə robot texniklərinə ehtiyac olacağı şübhəsiz olaraq söylənilir.

3D yazı mühəndisliyi: 3D yazanlar kompüterlərdə çəkilmiş rəsmləri, obyektləri əllə toxunulacaq hala gətirən cihazlardır. Bu cihazların yaradıcıları olan 3D yazıçı mühəndisləri qarşıdakı illərdə ən çox axtarılan məsləklərdən biri olacaq.

 

Mehman Nəbiyev