Bu ilin yanvar ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 652 min barel olub.

İqtisadiyyat.az-ın Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, bunun 533 min barelini xam neft, 119 min barelini isə kondensat təşkil edib.

Bununla da Azərbaycan OPEC sazişinə 77,9 % əməl edib.

Qeyd edək ki, “OPEC plus” əməkdaşlığı çərçivəsində Azərbaycanın ixtisarlarla bağlı öhdəliyi gündəlik 33 min barel, gündəlik xam neft hasilatı üzrə kvotası isə 684 min bareldir.