İqtisadiyyat.az Finans.az-a istinadən xəbər verir ki, artıq bu ildən “Google Assistant” düyməsi ilə təchiz edilmiş smartfonlar bazara çıxarılacaq. Artıq “LG G8 ThinQ”, “V50 ThinQ” və LG K40, “Nokia 3,2” və “Nokia 4,2”, “Xiaomi Mi Mix 3 5G” və “Xiaomi Mi 9”, “Vivo V15 Pro” telefonları bu kateqoriyadadır.

Bundan başqa, “Alcatel” brendinin TCL modelində də bu düymə mövcud olacaq.

Məşhur telefon şirkətləri arasında təkcə istisna “Samsung” şirkətidir.

Ümumilikdə 100 mln.dan çox smartfonun “Google Assistant” düyməsi ilə bazara çıxarılması gözlənilir.