Əsasən münasib qiymətli smartfon modelləri buraxan "Xiaomi"nin alt brendi "Redmi" "8A" modelini tanıdıb.

"Finans.az" xarici KİV-ə istinadən xəbər verir ki, 6.22 düym ölçüsündə və HD + dəqiqliyində ekrana malik olan model "Redmi"nin mübasib qiymətlə təklif etdiyi smartfonlar siyahısına daxil olub.

Cihazın mərkəzində "Qualcomm"un orta səviyyə olaraq qiymətləndirilən Snapdragon 439 prosessoru yer alır. "Redmi 8A" 32 GB daxili yaddaşa malik 2 GB və 3 GB RAM versiyaları ilə təklif olunur. Yaddaş MicroSD kart vasitəsilə 512 GB-a qədər da artırıla bilər. Smartfonun batareya tutumu isə 5.000 mAh-dır.

Modelin arxa hissəsində 12 MP dəqiqliyində və f/ 9 diafraqmda kamera yer alıb. Ön kamerada isə 8 MP təşkil edir.

"Redmi 8A"nın qiymətləri isə 2GB versiya üçün 91 dollar, 3GB versiya üçün 99 dollar müəyyən olunub.