"Wall Street Journal" xəbər verir ki, META şirkətinin baş direktoru Mark Zukerberq rəhbərlərə işçilərlə bağlı ixtisara başlayacağını bildirib.

Jurnal məsələ ilə bağlı anonim mənbələrə istinadən yazır ki, META bu həftə öz işçilərinə genişmiqyaslı ixtisarlar barədə məlumat verməyə hazırlaşır.

Xəbərdə sosial media şirkətində planlaşdırılan ixtisarların minlərlə işçiyə təsir edəcəyi qeyd edilib.

Şirkətin 18 illik tarixində ilk genişmiqyaslı ixtisarlarla bağlı bu gün açıqlama verəcəyi gözlənilir.

Qeyd edək ki, ABŞ-nin e-ticarət nəhəngi "Amazon", ötən həftə iqtisadi vəziyyətə görə korporativ işçi qüvvəsində işə qəbulu dayandırmaq barədə qərar qəbul etmişdi. Bundan başqa, “Apple”ın da yeni əməkdaşlar işə götürməyə fasilə verdiyi, xərcləri azadıtdığı bildirilir.

Məmmədov Məhəbbət