Dünyanın ən aktiv sosial şəbəkələrindən olan "WhatsApp" mobil ödəniş inkişaf mərkəzi yaradacaq. Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, London "WhatsApp"ın ödəniş sisteminin inkişaf mərkəzi ola bilər.

Mərkəzin əsas vəzifəsi mobil ödəmə funksiyasını inkişaf etdirmək, saxta məlumatlar və uşaq pornoqrafiyası da daxil olmaqla, ümumi təhlükəsizliyin təmin edilməsindən ibarət olacaq. Bu mərkəzi yaratmaq üçün  şirkət təxminən 100-ə yaxın IT mütəxəssisi işə götürəcək.