Ən populyar sosial şəbəkələrdən “WhatsApp” koronavirusla bağlı yeni qərar qəbul edib.

Yeniavaz.com Türkiyənin “Sözcü” qəzetinə istinadla xəbər verir ki, şirkət “hazır ismarıcları sadəcə bir nəfərə göndərin” deyə açıqlama verib. 2 milyarddan çox istifadəçisi olan “WhatsApp”ın yenilənmiş formasında, bizə göndərilmiş və ya özümüzün hazırladığı ismarıcları (foto, video, mətn) eyni anda sadəcə 1 nəfərə göndərə biləcəyik. Sosial şəbəkə rəsmilərinin verdiyi açıqlamada, koronavirusla bağlı dezinformasiyaların yayılmasının qarşısını almaq üçün belə addım atıldığı bildirilib.
Qeyd edək ki, indiyə qədər bu funksiya 5 nəfəri əhatə edirdi.