"WhatsApp" mesajlaşma platformu istifadəçilər üçün yeni qadağa gətirməyə hazırlaşır.

İqtisadiyyat.Az Yeniavaz.com-a istinadən xəbər verir ki, bu barədə şirkətə yaxın mənbələr deyiblər.

Onların iddiasına əsasən, istifadəçilər artıq söhbət pəncərəsində "screen shot" edə bilməyəcəklər. Son vaxtlar istifadəçilərin şəxsi təhlükəsizlik sahəsində bir sıra yeniliklər edən "WhatsApp" son yenilənməsində daha iki funksiyanı aktivləşdirməyi planlaşdırır.