Populyar anlıq mesajlaşma platforması WhatsApp uzun zamandır ki, gözlənilən Qaranlıq Mod funksiyasını həyata keçirib.

iOS ve Android istifadəçiləri üçün əlçatan olan qaranlıq mod funksiyasını istifadə etmək üçün platformanın ən son versiyasını yükləmək lazımdır.

Fins.az xəbər verir ki, iOS və Android cihazlarda istəyə bağlı olaraq aktiv edilən qaranlıq mod funksiyası interfeysi OLED / AMOLED ekranlı telefonlar üçün çox daha az enerji xərc edir. Eyni zamanda mesajlaşmayı asanlaşdıran tünd interfeys göz yorğunluğunu da ən aza endirir.

Android telefonlarda WhatsApp qaranlıq moddan necə istifadə edilir?

Android telefonlarda qaranlıq mod funksiyasından istifadə etmək üçün birinci növbədə WhatsApp-ı yeniləmək lazımdır. Daha sonra, platformanın tənzimləmələrinin söhbətlər bölməsindəki tema seçimindən “tünd” funksiyasına klik edərək WhatsApp-da qaranlıq moda keçə bilərsiniz. Android cihazlarda qaranlıq mod funksiyası hazırda sadəcə

Android 10 yenilənməsində mövcuddur.

iPhone-larda qaranlıq moddan necə istifadə edilir?

iOS telefonlarda qaranlıq mod funksiyasından istifadə etmək üçün, platformanın tənzimləmələrindən Ekran və Parlaqlıq bölümündən Tünd seçimə tıklayaraq WhatsApp-da qaranlıq moda keçə bilərsiniz. iOS cihazlarda qaranlıq mod funksiyası hazırda sadəcə iOS 13 yenilənməsində istifadə edilir.