“WhatsApp” messenceri istifadəçilərə onların başqalarına göndərilən bildirişləri barədə xəbərdarlıq edəcək.
İqtisadiyyat.az xarici KİV-ə istinadla xəbər verir ki, təkrar göndərilən bildirişlərin sayını öyrənmək üçün barmaqla göndərilən məlumatın üzərinə sıxmaq və sonra sual işarəsinə basmaq lazımdır. Açılan menüdə təkrar göndərilən bildirişlərin sayı əks olunacaq. Qeyd edilir ki, yeni funksiya bildirişin hansı həmsöhbətin göndərdiyi və məhz kimə göndərdiyi barədə öyrənməyə imkan vermir.