Dünyanın ən məşhur mesajlaşma proqramlarından biri olan WhatsApp istifadəçilərinə yenilik təqdim edir.

Belə ki, gün ərzində narahat olunmasını istəməyən şəxslər qruplar üçün keçərli olacaq yeni bir xüsusiyyətdən faydalanacaqlar.

Bundan sonra WhatsApp qrupları avtomatik olaraq susdurulacaq.

Lakin, bu xüsusiyyət bütün qrupları əhatə etmir. “WhatsApp” qrupları əvvəllər 256 nəfərlə məhdudlaşdırılmışdı. Şirkət yeniləmə ilə bu rəqəmi 1024-ə çatdırıb. Avtomatik səssiz funksiyası 256 nəfərdən çox olan qruplar üçün əlçatan olacaq. Bu rəqəmdən aşağı olan qruplar funksiyadan istifadə edə bilməyəcək.