"WABetaInfo"nun yaydığı məlumata görə "WhatsApp" "Windows 10" mobil telefonlarına geri dönəcək.

İqtisadiyyat.Az chip.az-a istinadən bildirir ki, "WhatsApp" 31 dekabr tarixindən etibarən "Windows Phone" və "Windows 10" mobil müştərilərinə xidmət göstərməyi dayandıracaq. "WhatsApp"ın hazırda ən vacib mobil kommunikasiya vasitələrindən biri olduğunu nəzərə alsaq bu prosesin "Windows Phone"nin bir addım geri düşməsinə səbəb ola bilər.

"WABetaInfo"un bildirdiyinə görə "WhatsApp"  "Windows 10" üçün "Universal Windows Platformu"na (UWP) uyğun tətbiq hazırlayır. "Microsoft Store"yə daxil olaraq "Windows 10" əməliyyat sistemi ilə çalışan bütün cihazların dəstəkləyəcəyi bu proqram "WhatsApp"ın "Windows Phone"yə geri qayıdışı ola bilər.

Hazırda tətbiqə dair heç bir detallı məlumat açıqlanmasa da onun yalnız PC üzərindən işləyəcəyi ehtimalları var.