"WhatsApp" qaydalarına riayət etməyən istifadəçilər məhkəməyə veriləcəklər. Şirkət avtomatik, qrup mesajlaşma və ya şəxsi olmayan istifadə kimi vəziyyətlərdə məhkəməyə müraciət edə bilmək hüququna malik olacaq. "WhatsApp" xidmət şərtlərindən sui-istifadə və ya şərtlərin pozulmasının qarşısını almaq məqsədilə bu qərarı verib. Şirkətdən verilən açıqlamada avtomatik mesajların göndərilməsi və digər istifadəçilərin narahat edilməsi kimi vəziyyətlərdə şəxslərə qarşı hüquqi addımların atılacağı xüsusilə qeyd edilib. Qərar bu ilin dekabrın 7-dən etibarən tətbiq ediləcək. (Sputnik Azərbaycan)