VKontakte” 128 nəfərlik pulsuz qrup video zənglərini işə salıb. Xidmətdə danışıq müddəti ilə bağlı heç bir məhdudiyyət yoxdur və sosial şəbəkədə profil tələb olunmur.

Bu barədə “Mash” “Telegram” kanalı xəbər yayıb.

“VKontakte” yeni xidmətinin üstünlüyü ondadır ki, başqa şirkətlərin pullu korporativ videokonfrans platformalarının bütün xüsusiyyətlərini pulsuz təqdim edir.

“Yuxarıda sadalanan üstünlüklərdən əlavə ekran paylaşımı da təklif olunur. Həmçinin istənilən cihazda əlavə proqramlar yükləmədən xidmətdən istifadə etmək mümkündü. Bundan başqa istifadəçi istənilən şəxsi zəngə dəvət edə, həmin şəxs də konfransa anonim qatıla bilər”, - deyə məlumatda bildirilir.

Şirkətdən bildirilib ki, “VKontakte”nin yeni xidməti 360° virtual AR arxa planlarını dəstəkləyir.