İnternet oyunlarının tətbiqlərinə demək olar ki, uşaqdan-böyüyə  hərkəsin telefonunda rast gəlinir. Oyunlara maraq göstərənlər arasında isə istənilən yaş kateqoriyası mövcuddur. Bu məsələdə əsas üstünlüyü isə gənclər və uşaqlar təşkil edir. Bəs, bu oyunlardan istifadə uşaqlara hansı mənfi təsirləri göstərir? Uşaqlar daha çox hansı oyunlarla maraqlanırlar?

İqtisadiyyat.az-ın suallarını cavablandıran informasiya texnologiyaları üzrə mütəxəsis Fərrux Rəcəbli deyir ki, bütün kateqoriyalar üzrə internet oyunlarına maraq var. Lakin ümumi statistikada əsasən silah oyunları üstünlük təşkil edir:

“Oyunların təhlükəli olduğunu anlamaq üçün xüsusi bir qurum olmalıdı ki, oyunları mütəxəsislər oynamalı, hər bir detala fikir verməli və nəticə çıxarılmalıdı. Ölkədə belə bir qurum yoxdur. İstər təhlükəli oyunlar olsun, istərsə də hər hansı proqram təminatları...Ölkədə istifadəsi məhdudlaşdırılır, amma çox heyif ki, bu da bir çıxış yolu deyil. Çünki VPN deyilən proqram təminatları var. VPN vasitəsi ilə oyunların istifadəsini davam etdirməyin bir yolu tapılır. Hətta yaşlı nəsil belə internet oyunlarından istifadə edir.”

Mütəxəssis bildirdi ki, pandemiya dövründə oyun oynayanların yaş kateqoriyası aşağı düşdü. Təhsil ocaqlarının bağlanması ilə tələbələr, şagirdlər tədrisdən uzaq qaldılar. Bu boşluğu internet oyunları ilə doldurmağı seçdilər. Bununla da kütlə artdı. Pandemiyadan sonrakı dövrü nəzərə alsaq isə internet oyunlarını oynayanların yaş həddi 9-16 aralığındadır.

Məhəbbət Məmmədov