Dünyanın bir sıra ölkələrində “Twitter” sosial şəbəkəsinin işində nasazlıqlar müşahidə olunur.

Bu barədə məşhur internet resursların işini izləyən “Downdetector” xidməti məlumat yayıb.

Qeyd edilir ki, nasazlıqlardan ən çox Almaniya, Böyük Britaniya, ABŞ və Yaponiyada yaşayan sosial şəbəkə istifadəçiləri şikayət edirlər.

Xidmətin məlumatına görə, istifadəçilərin bir hissəsi saytın işində nasazlıqların olmasından gileylənirlər. Daha 22% istifadəçi “iPhone” və ya “iPad”-ın proqramlarında problemlərlə qarşılaşıb.

İstifadəçilərin 10%-i “Android” proqramlarında sosial şəbəkəyə daxil ola bilmədiklərini bildiriblər.report